تبليغاتX
Sevgi dolu ürəyim - سئوينج يولداشيم ، غم قارداشيم - Sevinc yoldaşım , ğəm qardaşım
azərbaycan qızıyam

 

 

Yanıram

Çox yanıram

Anlada bilməyirəm

 

Ağır ürək

Ağırlaşır hələ yenə

Üst üstə yığışıb Aşır daşır hələ yenə

 

Nədən sənin sevinc gecən

Oldu mənim ğəmli gecəm ? bilməyirəm

 

Yalqız oldun , yalqız oldum

Sevinc günün , ğəmsiz oldum

Sən mənə dönüb baxmadın

Ğəmlərimə qoşulmadın

Bağrımadın , çığırmadın

 

Yalqızlığı başdan atdın

Dostluqları anda dandın

Xoş günləri , gülüşləri

Göz yumunca yaddan atdın

 

Ürək dolu sözüm var

Barmaq ucu gözüm yox

Sənin xoş günlərində

Ğəmsiz gülüşlərində

Ancaq ağır ürəyimdə

Dərin dərin nisgil var

Yara yara zigil var

 

Məni sən anlamadın

Ömür boyu yardımımı

Bir inə cə saxlamadın

Göz yaşıma ağlamadın

Üzülmədin , yanmadın

 

Illər geçər

Mən sevgimə çataram

Amma yenə

Ğəmlərinlə ağlaram

Sevincində

Önünü güllə bağlaram

Öpüp səni

Mən yenədə ağlaram

 

Aysəl – 1387.6.5

Binab

 

 

+   87/06/24 1 AM  yazar: Aysəl |